Xanna Əliyeva ikinci oldu - III MDB Oyunları

ESTAFET/ Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında güllə atıcılığı üzrə yarışlar keçirilib.

Azərbaycanlı güllə atıcısı Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada ikinci yeri tutub.

Rusiyalı Darya İsakova qızıl, qazaxıstanlı Valeriya Popelova bürünc mükafata sahib çıxıb.

Müəllif: Bəhruz MƏMMƏDOV