Millimizin finaldakı rəqibi bəlli oldu

ESTAFET/ III MDB Oyunlarında Azərbaycanın çövkən millisinin finaldakı rəqibi bəlli olub.
Yarımfinalda Qırğızıstan Özbəkistanla üz-üzə gəlib.
Şəki şəhər stadionunda baş tutan görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Qalib penalti zərbələrinin yekununda bəlli olub.
Burada daha dəqiq olan Özbəkistan yığması Qırğızıstanı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Beləliklə, Özbəkistan yığması Azərbaycan millisi ilə finalda qarşılaşacaq.
Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.
