Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Millimizin finaldakı rəqibi bəlli oldu -
Millimizin finaldakı rəqibi bəlli oldu

ESTAFET/ III MDB Oyunlarında Azərbaycanın çövkən millisinin finaldakı rəqibi bəlli olub.

Yarımfinalda Qırğızıstan Özbəkistanla üz-üzə gəlib.

Şəki şəhər stadionunda baş tutan görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qalib penalti zərbələrinin yekununda bəlli olub.

Burada daha dəqiq olan Özbəkistan yığması Qırğızıstanı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Beləliklə, Özbəkistan yığması Azərbaycan millisi ilə finalda qarşılaşacaq.

Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV