U17 millisinin heyəti açıqlandı

ESTAFET/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.

U17-nin Avropa çempionatının seçmə mərhələsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.

Qeyd edək ki, IX qrupda yer alan komanda oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.

U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

 

Nr. Adı / Soyadı Klub
 1.   Rauf Əyyubov Sabah
 2.   Nurəziz Əzizov Neftçi
 3.   Kamil Həsənov Marcet (İspaniya)
 4.   Kəmaləddin Cəfərli     Qarabağ
 5.   Uğur Qurbanlı Qarabağ
 6.   Toğrul Mehdizadə Sabah
 7.   Səttar Tahirzadə Marcet (İspaniya)
 8.   Əli Kiçibəyov Marcet (İspaniya)
 9.   İsmayıl Rzayev Şəfa
 10.   Amin Rzayev Qarabağ
 11.   Rəşad Gülüşov Sabah
 12.   Nihad Hüseynzadə Sabah
 13.   Nihad Cəfərzadə Sabah
 14.   Abbas Zeynalov Marcet (İspaniya)
 15.   Onur Əliyev Qarabağ
 16.   Adnan Bunyatov Marcet (İspaniya)
 17.   Əli Bəşirov Qarabağ
 18.   Samir Şərifov Sabah
 19.   Pünhan Kərimov Marcet (İspaniya)
 20.   Nicat Kərimov Sabah

8 oktyabr 2025

17:00. Fransa (U17) - Azərbaycan (U17)

"Bourret" stadionu, Kapbreton

Baş hakim: Marius Hansen Qrotta (Norveç).

11 oktyabr 2025

20:00. İsrail (U17) - Azərbaycan (U17)

"Park de Sport" stadionu, Sen-Pol-le-Daks

Baş hakim: Marius Hansen Qrotta (Norveç).

14 oktyabr 2025

17:00. Azərbaycan (U17) – Rumıniya (U17)

"Bourret" stadionu, Kapbreton

Baş hakim: Mateo Erceq (Xorvatiya).

Müəllif: Natiq NƏSİROV