HƏSƏNOVA KLUBUNDA DEBÜT EDİB
ESTAFET/ Azərbaycanın qadınlardan ibarət voleybol millisinin blok oyunçusu Olena Həsənova Fransanın "Le Cannet" klubunda debüt edib.
Ölkə çempionatının ilk turuna təsadüf edən "San-Rafael"ə qarşı oyunda debüt edən Olenanın çıxışı uğurlu alınıb. Belə ki, voleybolçumuz 18 xal toplamaqla komandasının ən sərrast oyunçusu olub. Yekunda isə Olenanın komandası 3:2 hesablı qələbə qazanıb.