Renatın komandası səfərdə uduzdu

ESTAFET/ Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

Onun çıxış etdiyi "Motor” Ekstraklasanın 11-ci turunda "Rakov”un qonağı olub və 0:2 hesabıyla uduzub.

Oyunda start heyətdə başlamış Renat 79-cu dəqiqədə sarı vərəqə alıb, 84-cü dəqiqədə isə əvəzlənib.

Dadaşovun komandası 11 turdan sonra 11 xalla 14-cü pillədə qərarlaşıb.

Müəllif: Məsim MƏSİMZADƏ