Çövkəndə bürünc qırğızların oldu - III MDB Oyunları

ESTAFET/ III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə üçüncü yer uğrunda matç baş tutub.

Qırğızıstan millisi Qazaxıstana qalib gələrək (2:0) bürünc medal qazanıb.

Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq. Finalda Azərbaycan və Özbəkistan komandaları qarşılaşacaqlar.

Müəllif: Natiq NƏSİROV