“Gəncə” daha bir amerikalı gətirdi

ESTAFET/ "Gəncə" növbəti legioner transferini reallaşdırıb.
Sözügedən komanda ABŞ-dən olan Delano Spenserlə anlaşıb.
Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 191 sm boyunda olan Spenser Nizami yurdunun təmsilçisində 1 nömrəli sarı-göy rəngli formanı daşıyacaq.
31 yaşlı basketbolçu ölkəmizə Dominikan çempionatından gəlib. O, Şimali Amerika ölkəsində "Kaneros" klubunun şərəfini qoruyub.
