DÇ-2026-ya növbəti vəsiqənin sahibi müəyyənləşdi

ESTAFET/ DÇ-2026-nın seçmə mərhələsinin 9-cu turunda Misir millisi Cibutini 3:0 hesabı ilə məğlub edib. 

Bu qələbə ilə Misir A qrupunda liderliyini təmin edərək mundiala vəsiqə qazanıb.

Misirdən əvvəl Afrikadan DÇ-2026-nın final mərhələsinə vəsiqəni Mərakeş və Tunis də qazanmışdı.

2026-cı il dünya çempionatında ümumilikdə 48 milli komanda iştirak edəcək və onlar dörd komandalı 12 qrupa bölünəcək.

Müəllif: Natiq NƏSİROV