Ötən ayın ən yaxşı qolunun müəllifi açıqlandı

ESTAFET/ Misli Premyer Liqasında sentyabrın ən yaxşı qolunun müəllifi bəlli olub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

"Şamaxı"nın legioneri Andrey Tirkoveanunun IV turda "Karvan-Yevlax"a vurduğu qol ən yaxşı adına layiq görülüb.

I Liqada bu nominasiyada Ruslan Voronsov, II Liqada Tural Məmmədzadə birinci olub.

Müəllif: Orxan NOVRUZOV