"Dünya futbolu üçün Yamal bir hədiyyədir": Deku

ESTAFET/ “Barselona”nın idman direktoru Deku, “blauqrana”nın 18 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamal haqda danışıb.
“Lamin yetkinlik nümayiş etdirir, axı o, xüsusi oyunçudur, amma onun 18 yaşı var. “Barsa” və eləcə də bütün dünya futbolu üçün Lamin bir hədiyyədir. Bundan məmnun olmaq gərəkdir”, deyə Deku eyni məmnunluqla vurğulayıb.
