İbrahimoviç “Milan”ın planlarını açıqladı

ESTAFET/ Ötən illərin isveçli məşhur hücumçusu, hazırda “Milan” rəhbərliyinin müşaviri vəzifəsində çalışan Zlatan İbrahimoviç “rossoneri”nin gələcək planlarını açıqlayıb.
“Milan”ın DNT-si qələbələrdir, xüsusən də Avropa səhnəsində, biz də ora qayıtmaq niyyətindəyik. Aşpazdan aqronoma qədər hamı qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mümkün hər şeyi etməyə çalışır”, deyə “İbra” vurğulayıb.
