17 YAŞLILAR SON OYUNDA SEVİNDİLƏR
ESTAFET/ 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün son oyununu keçirib. Bolqarıstan yığması ilə qarşılaşan futbolçularımız Turan Vəlizadənin dublu sayəsində 2:1 hesablı qələbə qazanıb.
Xatırladaq ki, ilk iki qarşılaşmada yeniyetmə futbolçularımız İrlandiyaya 0:6, Ukraynaya 1:6 hesabı ilə məğlub olmuşdular.