Misli Premyer Liqası - XI tur "Zəfər turu" adlanacaq

ESTAFET/ Futbol üzrə Misli Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb.
Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, XI və XII turun görüşlərinin yeri və vaxtı dəqiqləşib.
8 Noyabr – Zəfər Günü ilə bağlı XI tur “Zəfər turu” adlanacaq və noyabrın 7-9-nu əhatə edəcək. Bütün görüşlər saatlarda 44-cü dəqiqə olan zaman start götürəcək.
XII turun oyunları isə noyabrın 21-23-də keçiriləcək.
Misli Premyer Liqası
XI tur
7 noyabr 2025
13:44. "Şamaxı" – "İmişli"
Şamaxı şəhər stadionu
16:44. "Qəbələ" – "Sumqayıt"
Qəbələ şəhər stadionu
8 noyabr 2025
15:44. "Araz-Naxçıvan" – "Karvan-Yevlax”
"Liv Bona Dea Arena"
18:44. "Zirə" – "Turan Tovuz"
Zirə İdman Kompleksinin stadionu
9 noyabr 2025
15:44. "Kəpəz" – "Sabah"
Qəbələ şəhər stadionu
18:44. "Qarabağ" – "Neftçi"
"Azersun Arena"
XII tur
21 noyabr 2025
14:00. "Karvan-Yevlax" – "Kəpəz"
Şamaxı şəhər stadionu
19:00. "Sumqayıt" – "Qarabağ"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
22 noyabr 2025
15:00. "Araz-Naxçıvan" – "Turan Tovuz"
"Liv Bona Dea Arena"
17:30. "Zirə" – "Qəbələ"
Zirə İdman Kompleksinin stadionu
23 noyabr 2025
15:00 "Sabah" – "Şamaxı"
"Bank Respublika Arena"
17:30. "Neftçi" – "İmişli"
"Palms Sports Arena"
