"Oyunumuzdan razı qalmadım": Saşa İliç

ESTAFET/ “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 8-ci turu çərçvəsində “Karvan-Yevlax”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

O, 4:1 hesablı qələbəni belə şərh edib:

“Nəhayət ki, uğursuzluq zolağından çıxmağı bacardıq. Qələbəyə görə sevinirik. Lakin oyunumuzdan razı qalmadım. Ələ düşən şansları çox qaçırdıq. Hal-hazırda əsas məqsədimiz optimal heyət formalaşdırıb qarşıdakı oyuna hazırlaşmaqdır”.

Müəllif: Orxan NOVRUZOV