Milli güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

ESTAFET/ Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) birgə təşkilatçılığı ilə yeniyetmə və böyüklər arasında milli güləş üzrə ölkə çempionatı keçiriləcək.

AMİNA-nın mətbuat xidmətinin xəbərinə görə, turnir Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından olan güləşçilər medallar uğrunda mübarizə aparacaq.

Çempionatın əsas məqsədi müvafiq yaş qrupları üzrə gələn il üçün Azərbaycan yığmasının tərkibini müəyyənləşdirmək, eyni zamanda yeniyetmələr və böyüklər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin milli güləşin kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Yarış noyabrın 15-də keçiriləcək.

Müəllif: Natiq NƏSİROV