Qadın boksçulardan ibarət yığmamız Türkiyəyə yollandı

ESTAFET/ Azərbaycanın qadın boksçulardan ibarət millisi Türkiyəyə yollanıb.

Boks Federasiyasının mətbuat xidmətinin məlumatına görə, komanda oktyabrın 27-dək Kastamonuda təlim-məşq toplanışında olacaq.

Məşqçilər korpusu hazırlığa Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevanı (65 kq) cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış VI İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

Müəllif: Natiq NƏSİROV