GƏNC CÜDOÇULAR MUNDİALA YOLA DÜŞÜB

ESTAFET/ Sabahdan etibarən Zaqrebdə (Xorvatiya) cüdö üzrə gənclər arasında Dünya çempionatı başlayır. Yığma komandamız gənclərin mundialında aşağıdakı cüdoçulardan ibarət heyətlə təmsil olunacaq:

 

Oğlanlar: Natiq Qurbanlı, Rəşxan Baxışəliyev (55 kq), Kəramət Hüseynov, Əhməd Yusifov (60 kq), Yaqub Cavadov, İsmayıl İbrahimov (66 kq), Hidayət Heydərov, Murad Fətiyev (73 kq), Zelim Kotsoyev, Musa Şəkərəliyev (100 kq)

 

Qızlar: Leyla Əliyeva, Gültac Məmmədəliyeva (48 kq), Nəzakət Əzizova, Buyanxişik Purevsuren (52 kq), İçinxorlu Munxtsedevə (57 kq).


5 gün davam edəcək yarışlarda ümumilikdə 83 ölkədən 590 (346 oğlan, 244 qız) cüdoçu iştirak edəcək.