Dembele “Bayer” üzərində qələbəni şərh etdi

ESTAFET/ PSJ-nin fransalı hücumçusu Usman Dembele Çempionlar Liqasında “Bayer” üzərində 7:2 hesablı səfər qələbəsini şərh edib.

“Mən çox, çox şadam. Daha da artığını istəyirəm. PSJ-yə qələbələr gətirmək üçün, mümkün olan hər şeyi edəcəyəm. Çox yaxşı oyun idi” - deyə Dembele vurğulayıb.

Xatırladaq ki, Dembele parislilərin qələbəsinə qolla töhfəsini verib.

Müəllif: Natiq NƏSİROV