Tarixinin ikinci ən yaxşı göstəricisi - Çempionlar Liqası

ESTAFET/ UEFA Çempionlar Liqasında bir gündə vurulan qolların sayına görə ən yaxşı ikinci göstərici qeydə alınıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının məlumatına görə, bu, qitənin bir nömrəli klub turnirinin Liqa mərhələsinin 3-cü turunda baş tutmuş 9 matçdan sonra gerçəkləşib.
Həmin qarşılaşmalarda ümumilikdə 43 qol qeydə alınıb. Orta göstərici 4,8 olub.
2014-cü il oktyabrın 21-də isə 8 matçda 40 qol vurulub. Həmin vaxt orta göstərici 5-ə bərabər olub.

