"Qarabağ" üçüncü oyunda da məğlub oldu

ESTAFET/ "Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında keçirdiyi ardıcıl üçüncü oyunda məğlub olub.

Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 3-cü turda İspaniyanın "Atletik" kollektivinin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 əvvəlki iki matçda da məğlub olub. Ağdam təmsilçisi Portuqaliyada "Benfika"ya 1:7, Bakıda Danimarkanın "Kopenhagen" komandasına 0:5 hesabı ilə uduzub.

Müəllif: Məsim MƏSİMZADƏ