kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək

13–15 noyabr 2025-ci il tarixlərində Azərbaycan İdman Akademiyasının Stadionunda tarixi qələbənin 5 illiyinə həsr olunmuş kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək. Yarış Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə reallaşacaq.

Turnirdə ölkənin müxtəlif bölgələrindən olan 18 yaşadək gənc oğlan və qız idmançılar iştirak edəcəklər. Yarışlar 60 metr məsafədə fərdi qaydada keçiriləcək. Turnirin əsas məqsədi gənc oxatanlar arasında bu qədim və zərif idman növünün təbliği, istedadlı idmançıların müəyyənləşdirilməsi və onların beynəlxalq yarışlara hazırlıq səviyyəsinin artırılmasıdır.

Proqrama əsasən:

13 noyabr – təsnifat mərhələsi;

14 noyabr – yarışların ilk günü;

15 noyabr – final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək.

Turnir çərçivəsində idmançılar fərdi bacarıqlarını sınaqdan keçirəcəklər.

Qaliblər Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Müəllif: Bəhruz MƏMMƏDOV