Anlaşma Memorandumu ilə əməkdaşlığın yeni mərhələsi başlayır

Azərbaycan Kamandan Oxatma Federasiyası ilə Azərbaycan İdman Akademiyası arasında əməkdaşlığın inkişafı və birgə fəaliyyətin möhkəmləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Federasiyanın baş katibi Fərid Xəlilov və Akademiyanın Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov imzalayıblar.
Əməkdaşlıq çərçivəsində kamandan oxatma idman növünün peşəkar inkişafı və gənclərin bu sahəyə marağının artırılması üçün layihələr həyata keçiriləcək.
Tərəflər, həmçinin, təlim proqramları, mütəxəssis hazırlığı və elmi-tədqiqat işlərinin gücləndirilməsini planlaşdırırlar.

