VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan qadın voleybol komandası Türkiyəyə məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün üçüncü oyununu keçirib. Qızlarımızın rəqibi Türkiyə milli komandası olub. Oyun rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı keçirəcək.
VI İslam Həmrəyliyi Oyunları
9 noyabr
Azərbaycan - Türkiyə 0:3 (12:25, 8:25, 10:25)

