Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarının yarımfinalına yüksəliblər

Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının yarımfinalına vəsiqə qazanıblar.
Komanda yarışlarının qrup mərhələsində Uqanda və Pakistan, 1/4 finalda isə Maldiv seçməsinə qalib gələn Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda növbəti mərhələyə yüksəlib.
Sabah keçiriləcək yarımfinal görüşündə rəqib Misir kollektivi olacaq.

