Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Lando Norris Braziliya Qran-Prisinin qalibi oldu -
Lando Norris Braziliya Qran-Prisinin qalibi oldu

“McLaren” komandasının britaniyalı pilotu Lando Norris Formula 1 Dünya Çempionatının 21-ci mərhələsi – Braziliya Qran-Prisində qalib gələrək mövsümün ən vacib qələbələrindən birinə imza atıb.

Yarış San-Pauluda yerləşən məşhur “İnterlaqos” avtodromunda keçirilib.

Yarışın nəticələrinə əsasən:

Kimi Antonelli (“Mercedes”, İtaliya) ikinci yeri tutub,

Maks Ferstappen (“Red Bull”, Niderland) isə pit-leyndən start götürməsinə baxmayaraq üçüncü pilləni təmin edib.

Müəllif: Bəhruz MƏMMƏDOV