Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
“Qəbələ”nin yoxlama oyunlarındakı rəqibləri müəyyənləşdi -
“Qəbələ”nin yoxlama oyunlarındakı rəqibləri müəyyənləşdi

ESTAFET/ “Qəbələ”nin bu qış fasiləsində yoxlama oyunlarında üz-üzə gələcəyi rəqiblər müəyyənləşib.

Klubun mətbuat xidmətinin məlumatına görə, yanvarın 10-da Qəbələdə “Kəpəz”lə qarşılaşacaq komanda 3 gün sonra hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq. 

“Qəbələ” burada daha iki oyun keçirəcək. Yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək “qırmızı qaralar”, ayın 18-də  “Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq. 

Oyunların başlama saatı və məkanı barədə əlavə məlumat veriləcək.

Müəllif: Əlyar ŞƏRİFOV