“Sabah” “Şamaxı”ya qalib gəldi

ESTAFET/ Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən "Sabah" və "Şamaxı" bu gün yoxlama oyununda üz-üzə gəlib.

"Bank Respbulika Arena"da keçirilən qarşılaşmada "Sabah" bölgə təmsilçisini 2:0 hesabı ilə məğlub edib.

"Sabah"ın qollarını 26-cı dəqiqədə Cesse Sekidika və 29-cu dəqiqədə Stefen Ende vurublar.

Bu, hər iki komandanın ilk yoxlama matçı olub. "Şamaxı" yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 millimizlə də qarşılaşacaq. "Sabah"ın isə hələlik digər rəqibi açıqlanmayıb.

Müəllif: Əlyar ŞƏRİFOV