“Abşeron”la “Gənclər” üçün uğursuz tur

ESTAFET/ Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

Qadınların yarışında iki təxirə salınan görüş baş tutub.

7-ci turdan təxirə salınan matçda "Milli Aviasiya Akademiyası" evdə "Gənclər"i 3:0 (25:18, 25:14, 25:12), 2-ci turdan təxirə salınan qarşılaşmada isə UNEC öz meydanında "Abşeron"u 3:0 (25:15, 18:15, 25:14) hesabı ilə məğlub edib.

Kişi voleybolçuların birinciliyində isə 9-cu tura start verilib. Fövqəladə Hallar Nazirliyinin idman zalında "Ordu" ilə qarşılaşan "Azərreyl" 1:3 (16:25, 23:25, 25:16, 22:25) hesabı ilə uduzub.

Müəllif: Bəhruz MƏMMƏDOV