OLİMPİYA ORDENİNDƏN İMTİNA ETDİ

ESTAFET xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Olimpiya Konfederasiyasının keçmiş üzvü, Avropa Stolüstü Tennis Federasiyasının keçmiş prezidenti Hans Vilhelm Qab Beynəlxalq Olimpiya Komitəsinin ona təqdim etdiyi Olimpiya Ordenindən imtina edib. Bu addımını BOK-un Rusiya idmançılarının Rio Oyunlarında iştirakına verdiyi icazə qərarına etiraz əlaməti olaraq atdığını vurğulayıb.

 

Fikirlərini "Təəssüfümün həddi yoxdur. Mənə idman ideyalarını satan bir təşkilatın mükafatı lazım deyil. BOK, dövlətin köməyi ilə dopinq saxtakarlığı edərək cinayət işləyən Rusiya Olimpiya Komitəsini lazımi qaydada cəzalandırmadı!" - deyə bildirib. 


Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi 24 iyul tarixində verdiyi qərarla Rusiya idmançılarının Rio Oyunlarına buraxılmasına icazə vermiş və hansı idmançının Oyunlara buraxılıb-buraxılmaması məsələsini müstəqil qaydada müvafiq beynəlxalq idman federasiyalarının öhdəsinə buraxmışdı.