AKAF-ın İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları üzrə hesabat xarakterli iclası keçirilib. Əvvəlcə baş katib Fərhad Əliyev maliyyə hesabatını və ötən il ərzində federasiya tərəfindən həyata keçirilmiş layihələrin, qazanılmış nəticələrin hesabatını təqdim edib. Daha sonra iclasın gündəliyində yer alan digər məsələlər müzakirəyə çıxarılaraq aşağıdakı qərarlar qəbul olunub.

1. Federasiyanın Hakimlər Kollegiyası yaradılıb, İlqar Tağıyev kollegiyaya sədr seçilib.

2.  Aleksandr Jukovskinin kanoe üzrə yığma komandaya baş məşqçi vəzifəsinə təyin edilməsi təsdiqlənib.

3. Akademik avarçəkmə üzrə yığma komandanın baş məşqçisi Volodimir Morozovun növbəti Olimpiya dövrü üçün fəaliyyətinin davam etdirilməsinə qərar verilib.

4. Federasiyaya yeni üzvlər seçilib.

Müəllif: Bəhruz MƏMMƏDOV