TÜRKİYƏDƏKİ TƏMSİLÇİLƏRİMİZİN ÇIXIŞI

ESTAFET/ Qadınlar arasında voleybol üzrə Türkiyə çempionatına start verilib. Sultanlar Liqasının ilk oyun günündə milli komandamızın hücumçusu Polina Rəhimova şərəfini qoruduğu "Fenerbahçe" "Bursa BŞB"-yə 3:1 hesabi ilə qalib gəldi. Rəhimovanın özü bu oyunda 22 xal yığaraq komandasının ən sərrast oyunçusu olub.


Millinin kapitanı Odina Bayramovanın "Seramiksan"ın heyətində debütu da müsbət təsir bağışlayıb. "Çanakkale Bld"-in qonağı olan “Seramiksan” həmin oyunda 3:2 hesablı qələbəyə sevinib, Bayramova isə 17 xal qazanıb və bu göstəricidə komandasının ikincisi olub.


Yığmamızın digər hücumçusu Yana Kulan isə "Beylikdüzü"nün heyətində ilk rəsmi oyuna çıxmışdı. Onun komandası "Eczacıbaşı"ya 0:3 hesabıyla məğlub olub, Yana isə aktivinə 7 xal yazaraq, komandasının ən yaxşısı seçilib.