"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq

ESTAFET/ "Neftçi" Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlığını yekunlaşdırıb.

Futbolçulardan İqor Ribeyro və Freddi Varqas cəzalı olduqları üçün bu görüşü buraxacaqlar.

"Ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Fevralın 10-da "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Qəbələ" matçı saat 19:00-da başlanacaq.

Müəllif: Əlyar ŞƏRİFOV