Balabəy Parisi üçündə dəfə fəth etdi

ESTAFET/ Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.

Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.

27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib. Bununla da o, Parisdə 3-cü dəfə oxşar uğura imza atıb.

Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.

"Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.

Müəllif: Natiq NƏSİROV