“Azərreyl” braziliyalı voleybolçu ilə gücləndi

ESTAFET/ Qadınlardan ibarət "Azərreyl" voleybol komandası heyətinə yeni oyunçu cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı diaqonal hücumçu Natiele Qonçalves cari mövsümün sonuna qədər "Azərreyl"in şərəfini qoruyacaq.

34 yaşlı voleybolçu beynəlxalq təcrübəsi və güclü hücum potensialı ilə seçilir.

Müəllif: Bəhruz MƏMMƏDOV