İNTİZAM KOMİTƏSİ NÖVBƏTİ QƏRARLARI AÇIQLADI

ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

 

Topaz Premyer Liqasının IX turunun "Səbail" - "İnter" matçında "Səbail" klubunun məşqçisi Araz Qulamov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).

 

Topaz Premyer Liqasının IX turunun "Sumqayıt" - "Zirə" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).

 

Topaz Premyer Liqasının IX turunun "Qəbələ" - "Qarabağ" matçının 86-cı dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).

 

Əvəzedici heyətlərin IX turunun "Kəpəz" - "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

 

Stadionda tələb olunan bayraqlar olmadığına görə "Kəpəz" klubu 400 manat cərimə olunur (maddə 68).

 

Əvəzedici heyətlərin IX turunun "Qəbələ" - "Qarabağ" matçının 89-cu dəqiqəsində "Qəbələ" klubunun 89 №-li futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

 

I Divizionun IV turunun "Xəzər" - MOİK matçında əvəzetmə tablosu və xərək daşıyan uşaqların olmamasına görə "Xəzər" klubu 160 manat cərimə olunur (maddə 60).

 

I Divizionun IV turunun "Şüvəlan" - "Sabah" matçında "Sabah" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun IV turunun "Zaqatala" - "Binə" matçında "Zaqatala" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

Oyunun 74-cü dəqiqəsində "Zaqatala" klubunun 3 №-li futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).