Aydın Süleymanlı “Tata Steel Challengers” turnirində üçüncü oldu

Niderlandda keçirilən nüfuzlu “Tata Steel Challengers” beynəlxalq şahmat turniri başa çatıb.
Ənənəvi yarışda Azərbaycanı qrosmeyster Aydın Süleymanlı təmsil edib. 13 tur ərzində sabit və inamlı çıxış edən şahmatçımız 9 xal toplayaraq turniri üçüncü pillədə tamamlayıb.
Qeyd edək ki, “Tata Steel Challengers” turniri gənc və perspektivli şahmatçılar üçün mühüm sınaq platforması hesab olunur və burada yüksək nəticə göstərmək beynəlxalq reytinq və karyera baxımından xüsusi əhəmiyyət daşıyır.

