Bakıda Red Bull Turn It Up ilə ilin ilk DJ tədbiri keçirildi

ESTAFET/ Paytaxtın prestijli məkanlarından biri olan FOMO Club ilin ən iddialı musiqi hadisələrindən sayılan Red Bull Turn It Up layihəsinə ev sahibliyi edib. Ölkəmizdə ilk dəfə təşkil olunan bu unikal format biletlərin tam satılması (sold-out) ilə yadda qalıb.
Gecə boyu səhnədə yalnız musiqi deyil, həm də güclü rəqabət və yüksək enerji hökm sürüb. Dörd istedadlı DJ-in təqdim etdiyi performans tədbirə festival ab-havası qatıb. Gərgin keçən musiqili battlda ustalığı və ritm seçimi ilə tamaşaçıların rəğbətini qazanan DJ Ax layihənin ilk qalibi olub.
Tədbirin aparıcılığını “old school” repin tanınmış siması Uran edib. Onun xarizmatik təqdimatı gecənin dinamikasını yüksək səviyyədə saxlayıb. Səhnənin xüsusi qonağı Alizade isə canlı vokal ifası ilə hip-hop ruhunu auditoriyaya çatdıraraq proqramın emosional yükünü artırıb.
Biletlərin tam satılması paytaxtda DJ mədəniyyətinə marağın artdığını bir daha nümayiş etdirib. Red Bull Turn It Up layihəsi göstərdi ki, yaradıcılıq və rəqabət sintezi şəhərin mədəni həyatına yeni dinamika və yeni hekayələr qazandırır.

