“Atletiko” “Barselona”ya böyük hesabla qalib gəldi

ESTAFET/ İspaniya kubokunun yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Bu gün “Atletiko” evdə “Barselona” ilə qarşılaşıb.

Bu komandaların ilk görüşündə Madrid təmsilçisi darmadağına sevinib.

Cavab görüşləri martın 3-də və 4-də keçiriləcək.

İspaniya kuboku
Yarımfinalın ilk oyunları

11 fevral 2026

Atletik – Real Sosyedad 0:1
Qol: Turrientes 62.

12 fevral

Atletiko – Barselona 4:0
Qollar: E.Qarsiya 6 (ö.q.), Qrizmann 14, Lukman 33, X.Alvares 45+2.

Müəllif: Əlyar ŞƏRİFOV