UEFA-nın 51-ci Konqresi Qazaxıstanda keçiriləcək

ESTAFET/ UEFA-nın 51-ci Konqresi Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
Bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Tədbir 2027-ci il martın 4-də baş tutacaq. Bu barədə qərar hazırda Belçikanın paytaxtı Brüsseldə baş tutan 50-ci Konqresdə qəbul olunub.
UEFA-nın 51-ci Konqresində quruma prezident seçkiləri keçiriləcək. Bundan əlavə, Avropa futbolunun gələcək istiqamətini müəyyən edəcək qərarlar qəbul olunacaq.

