"Sumqayıt" yeni transferini açıqladı

ESTAFET/ "Sumqayıt" Burkina Faso millisinin üzvü Sedrik Badolo ilə müqavilənin detallarını açıqlayıb.

Son olaraq "Spartak"da (Trnava) çıxış etmiş 28 yaşlı hücumçu ilə sonradan 1 il uzatmaq şərti ilə 2026/2027 mövsümünün sonunadək anlaşma imzalanıb.

Badolo karyerası ərzində "Spartak" ilə yanaşı, vətənində "Salitas", Moldovada "Şerif", Slovakiyada "Poqroniye" kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.

Müəllif: Orxan NOVRUZOV