Sterlinq Niderlanda üz tutdu

ESTAFET/ Niderlandın "Feyenoord" komandası İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinqi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Sterlinq ötən ay "Çelsi" ilə olan müqaviləsinə xitam verib. O, karyerası ərzində ölkəsində "Liverpul", "Mançester Siti" və "Arsenal" kimi klubların şərəfini qoruyub.

Müəllif: Natiq NƏSİROV