Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Yüksək Liqada növbəti oyun keçiriləcək -
Yüksək Liqada növbəti oyun keçiriləcək

ESTAFET/ Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü turun növbəti matçı keçiriləcək.

Bu gün, saat 17:00-da UNEC kollektivi "Murov Az Terminal" komandasını qəbul edəcək.

Görüş UNEC-in idman zalında baş tutacaq.

Ötən gün "Milli Aviasiya Akademiyası" "Azərreyl"i 3:1, "DH Volley" isə "Turan"ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV