Son gündə daha bir bürünc

ESTAFET/ Jeşuv şəhərində baş tutan (19-22 oktyabr) Akrobatika Gimnastikası üzrə 28-ci Avropa Çempionatı öz işinə yekun vurub.


Yarışların son günü qarışıq cütlüyümüz Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı "temp" proqramı üzrə final çıxışları ilə komandamızın hesabına 3-cü bürünc medalı yazdırdılar. Cütlük şəxsi karyeralarında ilk dəfə Qitə Çempinatında ən güclülər arasında mübarizə aparırdı. Buna baxmayaraq, gənc akrobatların inamlı çıxışları diqqətdən kənar qalmayıb və onlar 7-ci yerdən finala vəsiqə qazanıblar. Həlledici mərhələdə isə Abdulla və Ruhidil öz proqramlarını daha da uğurla icra edərək, medalçılar sırasında dayanmağı bacardılar.

 

Xatırladaq ki, Avropa Çempionatında qarışıq cütlük proqramı üzrə 23 iştirakçı mübarizə aparırdı. Ölkəmizi isə təmsil edən hər iki cütlüyümüz - Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 4 gün boyunca davam edən çıxışların sonunda komandamıza 3 mümkün finaldan ümumilikdə 3 medal qazandırıblar.