“Bayern”də yeni müqavilə

ESTAFET/ “Bayern” müdafiəçisi Dayot Upamekano ilə yeni müqavilə bağlayıb.
27 yaşlı fransalı futbolçu ilə yeni sözləşmənin müddəti 2030-cu ilin yayına qədərdir.
Upamekano 2021-ci ildən "Bayern"in formasını geyinir.
Futbolçu cari mövsümdə bütün turnirlərdə ümumilikdə 28 oyuna çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

