Premyer Liqa klubunda yeni müqavilə

ESTAFET/ İngiltərənin "Brentford" klubu futbolçusu İqor Tiaqonun müqaviləsinin müddətini uzadıb.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı braziliyalı hücumçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmaya əsasən, müqavilənin daha bir mövsüm uzadılması imkanı da var.
Qeyd edək ki, İqor Tiaqo 2024-cü ilin yayında Belçikanın "Brügge" komandasından"Brentford"a transfer olunub.
Cari mövsümdə bütün turnirlərdə 27 oyuna çıxan hücumçu 18 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 17 qolla Premyer Liqanın bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb. Siyahıya 22 qolla "Mançester Siti"nin norveçli forvardı Erling Holann başçılıq edir.

