Millimizin oyunlarının təqvimi açıqlandı

ESTAFET/ Bu gün UEFA Millətlər Liqasında Azərbaycan milli komandasının yer aldığı D Liqasının 2-ci qrupunun təqvimi açıqlanıb.

Dünən keçirilən püşkatma mərasimində Azərbaycan millisi Litva və Lixtenşteyn seçmələri ilə eyni qrupa düşüb.

Azərbaycan millisi ilk və son matçını səfərdə müvafiq olaraq Lixtenşteynə və Litvaya keçirəcək, 

UEFA-nın təsdiq etdiyi təqvimə əsasən, bu qrupun təqvimi aşağıdakı kimidir:

24 sentyabr 2026

22:45. Lixtenşteyn - Litva

27 sentyabr 2026

17:00. Lixtenşteyn - Azərbaycan 

1 oktyabr 2026

20:00. Azərbaycan - Lixtenşteyn

4 oktyabr 2026

17:00. Azərbaycan - Litva

13 noyabr 2026

22:45. Litva - Azərbaycan

16 noyabr 2026

20:00. Litva - Lixtenşteyn

Müəllif: Natiq NƏSİROV