“Kür” monteneqrolu legioneri ilə vidalaşdı

ESTAFET/ "Kür"ün qadın həndbolçulardan ibarət komandasının üzvü Sara Piraniçlə yollar ayrılıb.

Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Monteneqrolu həndbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, oyunçu 2024-cü ilin avqustunda komandaya cəlb olunmuşdu.

Müəllif: Əlyar ŞƏRİFOV