"Araz-Naxçıvan" braziliyalı futzalçı ilə gücləndi

ESTAFET/ "Araz-Naxçıvan" heyətinə yeni futzalçı qatıb.
Bu barədə Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.
Braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalanıb.
24 yaşlı oyunçu karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Göfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.

