"Kəpəz" keçmiş oyunçusunu heyətinə qatdı

ESTAFET/ "Kəpəz" heyətinə köhnə-yeni futbolçu cəlb edib.

Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Gəncə təmsilçisi daha əvvəl də komandanın şərəfini qorumuş Camal Cəfərovun keçidini rəsmiləşdirib. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu "Sabah" olan Camal Cəfərov müxtəlif vaxtlarda "sarı-göylər"in formasını geyinib. O, 2023/2024 və 2024/2025 mövsümlərini də məhz "Kəpəz"in heyətində keçirib.

Müəllif: Orxan NOVRUZOV